Tehranda Əfqanıstan hökuməti ilə “Taliban” arasında danışıqlar başlayıb - YENİLƏNİB

Tehranda Əfqanıstan hökuməti ilə “Taliban” arasında danışıqlar başlayıb - YENİLƏNİB İranın paytaxtı Tehranda Əfqanıstan hakimiyyətinin təmsilçiləri, əfqanıstanlı siyasətçilər və “Taliban” heyəti arasında danışıqlar başlayıb.
Digər ölkələr
7 İyul , 2021 12:30
Tehranda Əfqanıstan hökuməti ilə “Taliban” arasında danışıqlar başlayıb - YENİLƏNİB

İranın paytaxtı Tehranda Əfqanıstan hakimiyyətinin təmsilçiləri, əfqanıstanlı siyasətçilər və “Taliban” heyəti arasında danışıqlar başlayıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edir.

Tərəflər İran Xarici İşlər Nazirliyinin binasında bir araya gəliblər.

İranın XİN başçısı ölkəsinin Əfqanıstanda qruplar arasındakı danışıqlar prosesinə yardım etməyə hazır olduğunu bildirib.

10:27

İran hakimiyyəti “Taliban” hərəkatının Dohadakı başçısı Şir Məhəmməd Abbası ikitərəfli danışıqlar üçün Tehrana dəvət edib.

“Report” xəbər verir ki, məlumatı “Tolo news” telekanalı yayıb.

Qeyd olunub ki, onun başçılıq etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Dohadan danışıqlar üçün Tehrana dəvət olunub.

Son xəbərlər

Orphus sistemi