İran səfiri İtaliya XİN-ə çağırılıb

İran səfiri İtaliya XİN-ə çağırılıb İranın İtaliyadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Digər ölkələr
28 Dekabr , 2022 15:53
İran səfiri İtaliya XİN-ə çağırılıb

İranın İtaliyadakı səfiri Məhəmmədrza Saburi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” “Al-Arabiyya”yə istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani diplomatı qəbul edib.

O, İran hakimiyyətinin qadınların keçirdiyi aksiyalara sərt müdaxiləsinin qəbuledilməz olduğunu M.Saburinin diqqətinə çatdırıb.

Məlumata görə, bir müddət əvvəl A.Tayani rəsmi Romanın İranda qadınların keçirdiyi aksiyaları qəti şəkildə dəstəklədiyini bildirmişdi. XİN başçısı Tehran rejiminin davranışını “qəbuledilməz biabırçılıq” adlandırmışdı.

Bununla belə nazir Corci Meloni hökumətinin Tehranla diplomatik qapını açıq saxladığını da söyləmişdi.

Qeyd edək ki, M.Saburi bir müddət əvvəl İranın İtaliyadakı səfiri təyin olunub. O, bundan əvvəl Tehranın Belarusdakı səfiri işləyib.

Son xəbərlər

Orphus sistemi