İran Prezidenti Belarusa səfər edəcək
Digər ölkələr
- 23 iyul, 2025
- 15:58
İran Prezidenti Məsud Pezeşkian yaxın zamanda Belarusa səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin Belarus Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Əliəsgər Bağerzadə Minskdə jurnalistlərə bildirib.
Belarus KİV-lərinin yaydığı məlumata görə, İran Prezidentinin qarşıdakı səfəri ikitərəfli layihələrin, o cümlədən humanitar sahədə layihələrin həyata keçirilməsinə yeni təkan verəcək.
"Bir sıra Qərb dövlətlərinin birtərəfli yanaşmalara can atdığı hazırkı geosiyasi vəziyyətdə Belarus və İran ədalətli və çoxqütblü dünya nizamını birlikdə qurmaq niyyətini təsdiqləyiblər", - Ə.Bağerzadə əlavə edib.
Son xəbərlər
04:24
Cevdet Yılmaz dövlət başçısının səlahiyyətlərini icra edəcək
Region04:16
Bursada 100-dən çox şəxs toyda yeməkdən zəhərlənib
Region03:43
Fransa sosialistlərinin lideri prezidentliyə namizədliyini irəli sürüb
Digər ölkələr03:14
SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib - YENİLƏNİB
Digər ölkələr02:45
Adriatik dənizin İtaliya sahillərində yaxta yanıb
Digər ölkələr02:12
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
Region01:44
Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib
Digər ölkələr01:16
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
Region00:39