İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinə Parisdə keçiriləcək Olimpiya Oyunları başlayana qədər Qəzza sektorunda atəşkəs rejiminin tətbiqinin zəruri olduğunu bəyan edib.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın idman və gənclər naziri Kumars Həşimi ölkədə İslam inqilabının banisi olan İmam Xomeyninin məqbərəsini ziyarət edərkən bildirib.
“İran tərəfi ŞƏT-ə üzv ölkələrin idman nazirlərinin iclasında bəyan edib ki, Parisdəki Olimpiya Oyunları başlamazdan əvvəl beynəlxalq ictimaiyyət fələstinli idmançıların oyunlarda iştirakına icazə vermək üçün Qəzza zolağında atəşkəs elan etməlidir”, - o deyib.