İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdı

İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdı İndoneziyanın Sulavesi adasında baş verən zəlzələdə ölənlərin sayı 56 nəfərə çatıb.
Digər ölkələr
17 Yanvar , 2021 19:23
İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdı

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

“Report” “Kompas” portalına istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.

Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.

Bundan əvvəl 56 nəfərin öldüyü, 826 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.

Xatırladaq ki, 15 yanvarda adıçəkilən əyalətin Mamucu şəhəri yaxınlığında yerləşən 6,2 manqitudalı zəlzələ baş verib. Təbii fəlakətdən dərhal sonra 15 minədək əhali yaşadıqları yerləri tərk etməli olub.

06:45

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələdə ölənlərin sayı 56 nəfərə çatıb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.

Təbii hadisə zamanı daha 826 nəfər xəsarət alıb.

Bundan əvvəl 46 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.

Regionda yeraltı təkanlar davam edir.

Xatırladaq ki, cümə gecəsi mərkəzi adıçəkilən əyalətin Mamucu şəhəri yaxınlığında yerləşən 6,2 manqitudalı zəlzələ baş verib. Təbii fəlakətdən dərhal sonra 15 minədək əhali yaşadıqları yerləri tərk etməli olub.

Son xəbərlər

Orphus sistemi