İndoneziyada zəlzələdən ölənlərin sayı 34-ə çatıb

İndoneziyada zəlzələdən ölənlərin sayı 34-ə çatıb İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34-ə yüksəlib.
Digər ölkələr
15 Yanvar , 2021 11:14
İndoneziyada zəlzələdən ölənlərin sayı 34-ə çatıb

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34-ə yüksəlib.

“Report” xəbər verir ki, məlumatı xarici AFR yayıb.

Bildirilib ki, 26 nəfər Mamucu şəhərində, 8 nəfər isə şəhərin cənub rayonunda ölüb. Dağıntılar altında qalan insanların axtarışını davam edir.

07:02

İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı 7 nəfər həlak olub.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Qeyd edilir ki, Sulavesi adasında qeydə alınan güclü yeraltı təkanlar zamanı yüzlərlə insan xəsarət alıb.

Ölkənin Təbii Fəlakətlərinin aradan qaldırılması agentliyinin məlumatına görə, zəlzələnin episentri Majen şəhərindən 6 kilometr şimal-şərqdə yerləşib.

Təbii hadisə zamanı 4 nəfər Majen şəhərində həlak olub, daha 637 nəfər xəsarət alıb. Zəlzələ nəticəsində Mamuju şəhərində daha 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Yeraltı təkanlar zamanı minlərlə insan təhlükəsiz yer axtarışı ilə evlərini tərk edib.

4:31

İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Detik" portalı ölkənin Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələ zamanı həmçinin 24 nəfər xəsarət alıb. Təbii hadisə ilə əlaqədar təxminən 2 000 nəfər evlərini tərk etməyə məcbur olub. Zəlzələ yerli qubernatorun ofisi də daxil olmaqla, 60-dan çox binanın dağılmasına səbəb olub. Yeraltı təkanlar həmçinin bir neçə torpaq sürüşməsinə yol açıb.

Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi bildirib ki, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 kilometr şimal-qərbdə, zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi