İndoneziyada nikel emalı zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb, 38 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb.
Məlumata görə, zavodda təmir işləri aparılan zaman soba partlayıb. Ölənlər arasında bir neçə çinli işçi də var.
Xatırladaq ki, hadisə dekabrın 24-də baş verib.