İndoneziyada torpaq sürüşmələri onlarla insanın həyatına son qoydu

İndoneziyada torpaq sürüşmələri onlarla insanın həyatına son qoydu İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşmələri nəticəsində azı 25 nəfər həlak olub.
Digər ölkələr
17 Yanvar , 2021 05:47
İndoneziyada torpaq sürüşmələri onlarla insanın həyatına son qoydu

İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşmələri nəticəsində azı 25 nəfər həlak olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Banduq şəhərinin axtarış-xilasetmə xidmətinin başçısı Deden Ridvansyah bildirib ki, torpaq sürüşmələri Ciancuanq kəndində olub.

Təbii fəlakətə leysan yağışlar səbəb olub. Hazırda 15 nəfər itkin düşmüş hesab edilir.

Axtarış-xilasetmə işləri yanvarın 18-dək davam edəcək.

Daha əvvəl hakimiyyət orqanları torpaq sürüşmələri nəticəsində 13 nəfərin həlak olması haqqında bildirib.

İndoneziyanın bol yağıntılı tropik iqlimi tez-tez daşqınlara və torpaq sürüşmələrinə səbəb olur.

Son xəbərlər

Orphus sistemi