İndoneziyada daşqın nəticəsində 19 nəfər ölüb
Digər ölkələr
- 09 mart, 2024
- 18:04
İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın nəticəsində 19 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi Təbii fəlakətlərin idarə edilməsi və fəsadlarının yumşaldılması idarəsinin nümayəndəsi Muharrindo İdvana istinadən bildirib.
“Ölənlərin çoxu Pesisir-Selatan dairəsində tapılıb. Orada ümumilikdə 16 meyit aşkarlanıb, daha 7 nəfər itkin sayılır. Qalan ölənlər Pariaman dairəsində tapılıb”, – agentlik İdvandan sitat gətirib.
O qeyd edib ki, güclü axınlar 16 körpünü uçurub və batırıb, yolları bağlayıb və evləri dağıdıb ki, bu da zərərçəkmişlərə yardımı çətinləşdirib. İdvan vurğulayıb ki, əyalət hələ cümə axşamından bəri daşqından əziyyət çəkir, burada çaylar güclü yağıntılardan məcrasından çıxıb.
Son xəbərlər
05:08
İngiltərədə etirazçılarla polis arasında miqrantlarla bağlı toqquşmalar baş verib
Digər ölkələr04:46
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib
Digər ölkələr04:18
İran XİN ABŞ-ni Hörmüz boğazında gəmiçiliyi pozmaqda ittiham edib
Region03:52
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
Digər ölkələr03:20
"Reuters": AfD Saksoniya-Anhalt əyalət parlament seçkilərində liderlik edir
Digər ölkələr02:39
ABŞ-də təyyarə uçuş zolağından çıxıb, ölənlər və xəsarət alanlar var
Digər ölkələr02:13
Kabardin-Balkarda qar uçqunu nəticəsində iki alpinist ölüb, 10 nəfər itkin düşüb
Region01:41
Britaniyanın sahil mühafizəsi La-Manşda 140 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb
Digər ölkələr01:03