İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb – YENİLƏNİB-2

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb – YENİLƏNİB-2 İndoneziyanın Yava adasında 5,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 20-dək insan ölüb, azı 300 nəfər xəsarət alıb.
Digər ölkələr
21 Noyabr , 2022 21:02
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb – YENİLƏNİB-2

İndoneziyanın Yava adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın “Kompas” qəzeti Qərbi Yava əyalətinin hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti uşaqlardır.

16:06

İndoneziyanın Yava adasında baş vermiş zəlzələ qurbanlarının sayı 56 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın "Kompas" qəzeti məlumat yayıb.

Hazırda 100-dən çox insanın itkin düşdüyü bildirilir.

Son məlumatlara görə, xəsarət alanların sayı 700 nəfəri ötüb, onların əksəriyyətinin vəziyyəti ağırdır.

13:47

İndoneziyanın Yava adasında 5,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 20-dək insan ölüb, azı 300 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Yavanın ən böyük şəhərlərindən biri olan Çianjur şəhərinin meri təkcə xəstəxanalardan birinə 20-yə yaxın ölü və 300 nəfər yaralının yerləşdirildiyini bildirib.

Ölən və xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir.

Episentri Çianjur şəhəri olan zəlzələ İndoneziyanın paytaxtı Cakartada da hiss olunub.

Son xəbərlər

Orphus sistemi