"Independent": Britaniyanın baş naziri Tereza Meyə sui-qəsd hazırlanırdı

"Independent": Britaniyanın baş naziri Tereza Meyə sui-qəsd hazırlanırdı Bakı. 6 dekabr. REPORT.AZ/ Britaniyanın əks-kəşfiyyat xidməti MI5in rəhbəri Endryu Parker bildirib ki, təhlükəsizlik xidməti orqanları baş nazir Tereza Meyə qarşı sui-qəsd planının qarşısını alıblar.
Digər ölkələr
6 Dekabr , 2017 04:01
Independent: Britaniyanın baş naziri Tereza Meyə sui-qəsd hazırlanırdı

Bakı. 6 dekabr. REPORT.AZ/ Britaniyanın əks-kəşfiyyat xidməti "MI5"in rəhbəri Endryu Parker bildirib ki, təhlükəsizlik xidməti orqanları baş nazir Tereza Meyə qarşı sui-qəsd planının qarşısını alıblar.

"Report" xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Meyə qarşı sui-qəsd hazırlıq şübhəsi ilə Londonda və Birmingemdə ötən həftə keçirilən reyd zamanı iki nəfər saxlanılıb. Onlara terrorçuluq maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edilir ki, sui-qəsdi "islamçılar" hazırlayıblar. Onların planı baş nazirin qərargahında bomba partlayışı, sonra isə bıçaqlı hücumdan ibarət olub.

Son xəbərlər

Orphus sistemi