Son iki həftə ərzində Əfqanıstanı 120 uçuşla 140 min nəfər tərk edib.
"Report" Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu NATO-nun Əfqanıstandakı yüksək səviyyəli mülki nümayəndəsi Françesko Pontecorvo deyib.
Onun sözlərinə görə, bu, illik ümumi sərnişin həcminin 80%-i edir.
Bundan əvvəl Ağ Evin açıqlamasında bildirilirdi ki, son 10 gündə Kabildən təxminən 70 min insanın təxliyə edilib.