İki aylıq prezidentliyi ərzində Tramp administrasiyasına qarşı 150-dən çox iddia qaldırılıb

İki aylıq prezidentliyi ərzində Tramp administrasiyasına qarşı 150-dən çox iddia qaldırılıb Donald Trampın prezidentlik müddətinin cəmi iki ayı keçdikdən sonra Amerika lideri artıq onun siyasi qərarlarını mübahisələndirən 150-dən çox iddia ilə mübarizə aparır.
Digər ölkələr
24 mart 2025 07:37
İki aylıq prezidentliyi ərzində Tramp administrasiyasına qarşı 150-dən çox iddia qaldırılıb

Donald Trampın prezidentlik müddətinin cəmi iki ayı keçdikdən sonra Amerika lideri artıq onun siyasi qərarlarını mübahisələndirən 150-dən çox iddia ilə mübarizə aparır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“ABŞ-nin bütün ərazisində hakimlər tez-tez administrasiya əleyhinə qərarlar çıxarır və bəzi hallarda prezidentin konqresin təsdiqi olmadan hərəkət edərək səlahiyyətlərini aşa biləcəyini bildirirlər”, – nəşrin materialında deyilib.

Eyni zamanda, iddiaların böyük hissəsi miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlıdır. Həmçinin məhkəmələrdə dövlət qulluqçularının kütləvi işdən çıxarılması tez-tez mübahisələndirilir.

Tramp administrasiyası getdikcə daha çox məhkəmə əmrlərinə tabe olmamaqda və qanuna lazımi qaydada riayət etməməkdə ittiham olunur.

Orphus sistemi