İtkin düşən ABŞ hərbçiləri ölmüş elan edilib

İtkin düşən ABŞ hərbçiləri ölmüş elan edilib Kaliforniya sahillərində hərbi təlim zamanı itkin düşən ABŞ-ın səkkiz hərbi qulluqçusu ölmüş elan edilib.
Digər ölkələr
1162
2 Avqust , 2020 18:14
İtkin düşən ABŞ hərbçiləri ölmüş elan edilib

Kaliforniya sahillərində hərbi təlim zamanı itkin düşən ABŞ-ın səkkiz hərbi qulluqçusu ölmüş elan edilib.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Dəniz Ekspedisiya İdarəsinin “Twitter”dəki səhifəsində məlumat verilib.

Komandanlıq 40 saatlıq genişmiqyaslı əməliyyatdan sonra axtarışları dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Kaliforniya sahillərində hərbi təlim zamanı qəza baş verib. Nəticədə bir ABŞ hərbçisi həlak olub, daha səkkizi itkin düşüb.

Orphus sistemi