"İda" qasırğası qurbanlarının sayı yüksəlib

"İda" qasırğası qurbanlarının sayı yüksəlib ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.
Digər ölkələr
4 Sentyabr , 2021 06:35
İda qasırğası qurbanlarının sayı yüksəlib

ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumatda deyilir ki, çərşənbə və cümə axşamı ABŞ-ın şimal-şərqində "İda" qasırğasından sonra güclü yağış yağıb, 5 əyalətdə avtomobilləri, metro stansiyalarını və evləri su basıb. Qurbanların çoxu öz maşınlarında imiş.

Nyu-Cersidə ən azı 25, Nyu-Yorkda isə 11 nəfər təbii fəlakətin qurbanı olub.

Son xəbərlər

Orphus sistemi