ICAO yeni Aviasiya Təhlükəsizliyi Planı işləyib hazırlayıb

ICAO yeni Aviasiya Təhlükəsizliyi Planı işləyib hazırlayıb Yeni Planın noyabrda təşkilatın İdarə Heyətinin sessiyasında təsdiq olunacağı planlaşdırılır
Digər ölkələr
28 Sentyabr , 2017 10:06
ICAO yeni Aviasiya Təhlükəsizliyi Planı işləyib hazırlayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) yeni Aviasiya Təhlükəsizliyi Planı işləyib hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında ICAO baş katibi Fan Lyu bildirib.

Yeni plan terror təhdidlərinə qarşı mübarizə məqsədi daşıyır və milyonlarla aviasərnişinin müdafiəsinin təmin edilməsi üçün effektiv vasitə olmalıdır. Yeni Planın noyabrda təşkilatın İdarə Heyətinin sessiyasında təsdiq olunacağı planlaşdırılır.

ICAO rəhbəri qeyd edib ki, terrorçular vətəndaş aviasiyasında təhlükəsizlik sistemindəki hər boşluqdan istifadə etməyə çalışırlar.

Hər gün dünyada 100 minə yaxın mülki təyyarə uçuşları həyata keçirilir və bu reyslərdə təxminən 10 milyon sərnişin daşınır. Aviasərnişinlərin sayı ildə 3,5 milyard nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi