Bakı. 20 noyabr. REPORT.AZ/ Ötən həftə Qərb mətbuatında daha çox "Honduras gözəli - 2014" kimi tanınan Mariya Xose Alvarado və onun bacısı Sofiya Trinidadın itgin düşməsinə dair elanlar yer almışdı.
"Report" xəbər verir ki, bu gün onların meyiti Kablotales kəndində Aquaqua çayının sahilində tapılıb.
Noyabrın 13-də Marinin qohumları həyəcan təbili çalaraq, qızların əyləncə gecəsinə yollandıqları və geri qayıtmadıqlarını bildiriblər.
Faktla bağlı polis əməkdaşları tərəfindən aparılan dindirmələr zamanı Sofiyanın sevgilisi və gecənin keçirildiyi evin sahibi saxlanılıb.
Son məlumatlara görə, qatili tapmaq mümkün olub. Bu, Sofiyanın sevgilisi olub və o, qızları öldürdüyünü etiraf edib.
Qətlin törədilməsinə səbəb isə qısqanclıq olub. Oğlan Sofiyanın başqa kişilərlə rəqs etməsindən qıcıqlanaraq onları çayın sahilinə aparıb və orada güllələyib.