İtaliyanın şimalında qatar relsdən çıxıb, ölən və yaralananlar var

İtaliyanın şimalında qatar relsdən çıxıb, ölən və yaralananlar var Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını gəlib
Digər ölkələr
25 Yanvar , 2018 11:50
İtaliyanın şimalında qatar relsdən çıxıb, ölən və yaralananlar var

Bakı. 25 yanvar. REPORT.AZ/ Kremonadan Milana doğru hərəkət edən sərnişin qatarı İtaliyanın şimalında relsdən çıxıb.

"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində azı iki nəfər ölüb, bir çox insan yaralanıb.

Pyoltello şəhəri yaxınlığında baş verən hadisə yerinə bir neçə təcili tibbi yardım maşını gəlib.

Milan və Venesiyanı birləşdirən dəmir yolu xəttində qatarların gecikmə ilə hərəkət edəcəyi açıqlanıb.

Son xəbərlər

Orphus sistemi