İtaliyanın neft emalı zavodunda güclü partlayış baş verib - VİDEO

İtaliyanın neft emalı zavodunda güclü partlayış baş verib - VİDEO İnsident nəticəsində böyük ziyan dəyib, zərərçəkən olmayıb
Digər ölkələr
2 Dekabr , 2016 00:15
İtaliyanın neft emalı zavodunda güclü partlayış baş verib - VİDEO

Bakı. 2 dekabr. REPORT.AZ/ İtaliyanın Paviya əyalətində yerləşən neft emalı zavodunda (NEZ) yanğınla nəticələnən güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli "La Stampa" qəzeti məlumat yayıb.

İnsident nəticəsində böyük ziyan dəyib, zərərçəkən olmayıb.

Qəza "ENI" şirkətinin Sannadzaro-de-Burqondi (Lombardiya) şəhərində yerləşən müəssisəsində baş verib. O, ölkənin ən iri NEZ-dir.

Yanğının söndürülməsi üçün hadisə yerinə onlarla yanğınsöndürən maşın cəlb olunub.

Son xəbərlər

Orphus sistemi