İtaliyanın mərkəzində 5 bala yaxın zəlzələ baş verib

İtaliyanın mərkəzində 5 bala yaxın zəlzələ baş verib "Qarabağ" klubu ÇL çərçivəsində "Roma" ilə qarşılaşmaq üçün hazırda İtaliyada səfərdədir
Digər ölkələr
4 Dekabr , 2017 04:21
İtaliyanın mərkəzində 5 bala yaxın zəlzələ baş verib

Bakı. 4 dekabr. REPORT.AZ/ Dekabrın 4-nə keçən gecə İtaliyanın mərkəzində 4,4 maqnituda gücündə yeraltı təkanlar qeydə alınıb.

“Report” xəbər verir ki, zəlzələ barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların mərkəzi Akvila şəhərindən 35 km. şimalda və Romanın 111 km-də qeydə alınıb. Zəlzələnin ocağı yerin 2 km. dərinliyində olub.

Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Ağdamın "Qarabağ" klubu Çempionlar Liqası çərçivəsində "Roma" ilə qarşılaşmaq üçün hazırda İtaliyada səfərdədir.

Son xəbərlər

Orphus sistemi