İtaliyada baş vermiş zəlzələ zamanı 2 nəfər ölüb, 10 nəfər itkin düşüb, 25 nəfər yaralanıb - YENİLƏNİB-2

İtaliyada baş vermiş zəlzələ zamanı 2 nəfər ölüb, 10 nəfər itkin düşüb, 25 nəfər yaralanıb - YENİLƏNİB-2 Xilasedicilər dağıntılar arasında ölənlərin olduğunu istisna etmirlər
Digər ölkələr
22 Avqust , 2017 02:22
İtaliyada baş vermiş zəlzələ zamanı 2 nəfər ölüb, 10 nəfər itkin düşüb, 25 nəfər yaralanıb - YENİLƏNİB-2

Bakı. 22 avqust. REPORT.AZ/ İtaliyanın İskya adasında baş vermiş zəlzələ zamanı ölənlərin sayı 2-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "SkyTg24" telekanalı xəbər verib.  

İtaliyanın Mülki Müdafiə Xidmətinin nümayəndələrindən biri telekanala zəlzələnin ikinci qurbanı haqqında bildirib. 

Son məlumata görə, 10 nəfər itkin düşüb, 25 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.


***01:20

İtaliyanın İskya adasında baş vermiş zəlzələ zamanı azı 1 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Rai News 24" telekanalı xəbər verib.  

Məlumata görə, ölən şəxs qoca qadındır. Qeyd edilir ki, 3,6 bal gücündə baş vermiş zəlzələ binanın dağılmasına səbəb olub. 

Lakin tələfatın bununla yekunlaşmadığı bildirilir. Xilasedicilər dağıntılar altında cəsədlərin olduğunu istisna etmirlər. 

Bundan başqa, təbii hadisə zamanı daha 3 nəfər itkin düşüb. 


***00:42

İtaliyada zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar İskya adasında qeydə alınıb. İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, 3,6 bal gücündə zəlzələ yerli vaxtla saat 20:58-də qeydə alınıb. 

Zəlzələnin episentri adanın qərb sahillərində, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Şahidlərin sözlərinə görə, yeraltı təkanlar adanın müxtəlif yaşayış məntəqələrində aydın hiss olunub və çoxsaylı sakinlər, turistlər arasında təlaşa səbəb olub. Bir çox insanlar qorxudan küçələrə çıxıblar.

Daxil olan xəbərlərə görə, zəlzələ Kazamiççola-Terme ərazisində dağıntılara səbəb olub. Xəsarət alanların olduğu, bəzi insanların itkin düşdüyü bildirillir. 

Son xəbərlər

Orphus sistemi