İtaliyada sərnişin qatarı aşıb, yaralananlar var

İtaliyada sərnişin qatarı aşıb, yaralananlar var Qatarda 160-a yaxın sərnişinin olduğu ehtimal edilir
Digər ölkələr
22 Mart , 2017 20:00
İtaliyada sərnişin qatarı aşıb, yaralananlar var

Bakı. 22 mart. REPORT.AZ/ Milan şəhərindən (İtaliya) Bazelə (İsveçrə) gedən qatarın vaqonunun relsdən çıxması nəticəsində azı 7 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə İsveçrə KİV-nə istinadən İtaliyanın "Rainews24" telekanalı məlumat yayıb.

Hadisə Bakı vaxtı ilə 17:00-da Lütsern stansiyasında baş verib. Qatarın vaqonlarından biri relsdən çıxaraq aşıb. Nəticədə stansiyanın elektrikötürücü xətlərinə və metal konstruksiyasına ziyan dəyib.

Vağzal əhatəyə alınıb, insidentin səbəbləri araşdırılır. Hadisə yerində yanğınsöndürən və xilasedicilər işləyir.

"La Repubblica" qəzeti yazır ki, qatarda 160 nəfərə yaxın sərnişin ola bilər.

Son xəbərlər

Orphus sistemi