İtaliyada seçki bülletenlərinin 99,9 faizi hesablanıb

İtaliyada seçki bülletenlərinin 99,9 faizi hesablanıb Bakı. 6 mart. REPORT.AZ/ İtaliya parlamentinə keçirilən seçkilərdə məntəqələrin bağlanmasından sonra yalnız bir neçə seçki məntəqəsində bülletenlər sayılmamış qalıb.
Digər ölkələr
6 Mart , 2018 03:50
İtaliyada seçki bülletenlərinin 99,9 faizi hesablanıb

Bakı. 6 mart. REPORT.AZ/ İtaliya parlamentinə keçirilən seçkilərdə məntəqələrin bağlanmasından sonra yalnız bir neçə seçki məntəqəsində bülletenlər sayılmamış qalıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, aşağı palataya seçkilər üzrə 61 min 401 seçki məntəqəsindən 61 min 367-nin bülletenləri toplanılıb.

Partiyalar arasında ictimai-siyasi "5 ulduz hərəkatı" lider olub. O, Nümayəndələr Palatasında təxminən 32,6% seçici dəstəyini qazanıb. Nəticələrə görə, onu dünənki günə qədər hakim olmuş Demokrat Partiyası izləyir. Partiya 18,7% seçici səsi toplayıb. Partiyanın faktiki məğlubiyyətindən sonra təşkilatın katibi Matteo Rensi öz postundan istefa verdiyini elan edib.

Ümumi cədvəldə üçüncü yerə və sağ mərkəzçi partiyalar bloku arasında birinci yerə gözlənilmədən Matteo Salvininin "Liqa" partiyası çıxıb. Seçicilərin 17,3% ona səs verib.

Son xəbərlər

Orphus sistemi