İtaliyada polis bölməsi qarşısında atışma olub, ölənlər və yaralananlar var - FOTO

İtaliyada polis bölməsi qarşısında atışma olub, ölənlər və yaralananlar var - FOTO İtaliyanın Triest şəhərində baş vermiş atışmada iki polis əməkdaşı həlak olub.
Digər ölkələr
4 Oktyabr , 2019 22:52
İtaliyada polis bölməsi qarşısında atışma olub, ölənlər və yaralananlar var - FOTO

İtaliyanın Triest şəhərində baş vermiş atışmada iki polis əməkdaşı həlak olub.

Bu barədə "Report" ANSA agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, atışma polis bölməsinin binası qarşısında baş verib. Hadisə zamanı daha üç polis əməkdaşıbir mülki şəxs yaralanıb. Ehtimal edilir ki, həmin şəxs hücum edən silahlıdır.

Hazırda polis atışmanın baş verdiyi ərazini əhatəyə alıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin informasiyaya görə, iki nəfər polis bölməsinin binasına daxil olaraq içəridəkilərə atəş açıb. 

Qeyd edilir ki, asayiş keşikçiləri silahlılara cavab atəşi açıblar və cinayətkarları təqib etməyə başlayıblar. Lakin hücum edənlərdən biri gizlənməyə nail olub.

Son xəbərlər

Orphus sistemi