İtaliyada pandemiya qurbanlarının sayı 31 mini ötdü

İtaliyada pandemiya qurbanlarının sayı 31 mini ötdü İtaliyada son bir gün ərzində daha 195 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
13 May , 2020 20:52
İtaliyada pandemiya qurbanlarının sayı 31 mini ötdü

İtaliyada son bir gün ərzində daha 195 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 31 106-ya çatıb.

Məlumata görə, İtaliyada daha 888 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 222 104-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 112 541 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Son xəbərlər

Orphus sistemi