Yuxarı

​İtaliyada keşiş 30 milyon avroluq dələduzluq etməkdə ittiham olunur

Argentinalı keşiş Patritsio Benvenuti həbs edilib

Bakı. 10 fevral. REPORT.AZ/ İtaliyanın Genuya şəhərində maliyyə qvardiyası dələduzluqda ittiham olunan argentinalı keşiş Patritsio Benvenuti həbs edib.

"Report" xəbər verir ki, bu haqda ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, 64 yaşlı keşiş 30 milyon avroya yaxın məbləği mənimsəməkdə ittiham edilir.

Xəbərə əsasən, o, öz adına olan xeyiryyə fonduna ianə köçürtdürürmüş.

Maliyyə qvardiyası (İtaliya Maliyyə Nazirliyinin güc strukturu, maliyyə cinayətlərinə qarşı mübarizə edən qurum) fondun əmlakını, o cümlədən XV əsrə aid 8 milyon avro qiyməti olan malikanəni müsadirə edib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi