İtaliyada ​fabrikdə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

İtaliyada ​fabrikdə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb Müstəntiqlər sağ qalan fabrik sahiblərindən biri - Antonio Bruşelleyə qarşı ittiham irəli sürmək fikrindədirlər
Digər ölkələr
30 İyul , 2015 07:28
İtaliyada ​fabrikdə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Bakı. 30 iyul. REPORT.AZ/ İtaliyanın cənubunda yerləşən Modunyo şəhərində pirotexniki məhsulların istehsalı ilə məşgul olan fabrikdə baş vermış partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, güclü partlayış pirotexniki məhsullar yük maşınına yüklənərkən baş verib. Partlayış nəticəsində güclü yanğın başlayıb. Hadisə zamanı 7 nəfər həlak olub. Daha 3 nəfər isə bir qədər sonra, aldığı xəsarət və yanıqlardan dünyasını dəyişib. Onlardan biri - hadisə nəticəsində bədəninin 85%-i yanan fabrik sahiblərindən olan Vinçenso Bruşelledir. Hazırda xəstəxanada daha 2 nəfər müalicə olunur.

Müstəntiqlər yeganə sağ qalan fabrik sahiblərindən biri - Antonio Bruşelleyə qarşı ittiham irəli sürmək fikrindədir.

Son xəbərlər

Orphus sistemi