İtaliyada bir gündə 474 nəfər koronavirusdan öldü

İtaliyada bir gündə 474 nəfər koronavirusdan öldü Son gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı yenidən 500-ə yaxınlaşıb.
Digər ölkələr
2 May , 2020 20:53
İtaliyada bir gündə 474 nəfər koronavirusdan öldü

Son gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı yenidən 500-ə yaxınlaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Məlumata görə, ölkədə daha 474 nəfər infeksiyanın qurbanı olub. 

Departament bildirib ki, son bir gündə ölkədə xəstəlikdən sağalanların sayı 1 665 nəfər təşkil edib. Bununla da ümumilikdə 79 914 nəfər virusdan sağalıb. Xəstəxanaların intensiv terapiya şöbələrindəki pasiyentlərin sayı 1,5 minə qədər azalıb.

İtaliyada pandemiyanın başlanğıcından koronavirusa yoluxanların sayı 209 328 nəfərə yüksəlib. Bu rəqəm son bir gündə 1 900 təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi