İtaliya vətəndaşları Meksikada itkin düşüb

İtaliya vətəndaşları Meksikada itkin düşüb Bakı. 21 fevral. REPORT.AZ/ İtaliyanın 3 vətəndaşı Meksikanın Halisko ştatında itkin düşüb.
Digər ölkələr
21 Fevral , 2018 03:00
İtaliya vətəndaşları Meksikada itkin düşüb

Bakı. 21 fevral. REPORT.AZ/ İtaliyanın 3 vətəndaşı Meksikanın Halisko ştatında itkin düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluq bildirib ki, italyanlar yanvarın 31-də itkin düşüblər. Lakin onların qohumlarının bununla bağlı müraciəti fevralın 1-də daxil olub. İtkin düşənlərin hamısı Neapol sakinləridir.

"Excelsior" portalının məlumatına görə, itkin düşənlərin qohumları onların yoxa çıxmalarının yerli polislə əlaqədar olmasını güman edirlər. Çünki italyanlar itkin düşməzdən əvvəl telefonla qohumlarına polis patrulu tərəfindən saxlanılmalarını, asayiş keşikçilərinin onlarla getmələrini tələb etmələrini xəbər veriblər. Bundan sonra onlarla əlaqə kəsilib.

Halisko hakimiyyəti polislərin əcnəbilərin yox olmasında əlaqəsinin olması haqqında məlumatları təkzib edib Ştatda bu iş araşdırma başlayıb və istintaq hərəkətləri aparılır. Prosesə İtaliyanın bu ölkədəki səfirliyi də qoşulub.

Son xəbərlər

Orphus sistemi