Yuxarı

İtaliya səfirliyi “Günəşli" yatağında baş vermiş faciə ilə bağlı başsağlığı verib

Biz zərəçəkən ailələrin, SOCAR-dakı dostlarımızın, Azərbaycan dövləti və xalqının yanındayıq

Bakı. 7 dekabr. REPORT.AZ/ İtaliyanın Azərbaycandakı səfirliyi “Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı bəyanatı yayıb.

"Report"un məlumatına görə, səfirliyin açıqlamasında deyilir: "Biz zərəçəkən ailələrin, SOCAR-dakı dostlarımızın, Azərbaycan dövləti və xalqının yanındayıq. Bu faciəli anda səmimi dostluq və həmrəylik duyğularımızı qəbul edin".

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi