Yuxarı

​İtaliya miqrant probleminin həlli üçün Türkiyəyə 3 mlrd. avro ayrılmasına qarşı çıxıb

Yalnız bir Aİ ölkəsi əvvəlki kimi bunu əngəlləyir

Bakı. 15 yanvar. REPORT.AZ/ İtaliya Avropa İttifaqı tərəfindən Yaxın Şərq ölkələrindən Avropaya miqrant axını ilə mübarizəyə yardımın müqabilində Türkiyəyə 3 milyard dollar avro vəsaitin ayrılmasına qarşı çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatik mənbələrinin məlumatında bildirilir.

"Yalnız bir Aİ ölkəsi əvvəlki kimi Türkiyəyə maliyyə vəsaitinin ayrılmasına qarşı çıxır. Mən bilmirəm bunu əngəlləmək İtaliyanın nəyinə lazımdır", — deyə mənbələrdən biri qeyd edib.

"İndi hər şey belə görünür, Avropa sanki geri addım atıb. Biz Ankara ilə qaçqın və miqrant axınının dayandırılmasına dair danışıqlarda etimada layiq tərəfdaş olmaq üçün bu problemi həll etməliyik", - deyə digər avropalı diplomat bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi