Yuxarı

İtaliya Avropanı terrorizmə qarşı vahid təhlükəsizlik strategiyası tətbiq etməyə çağırır

İtaliyanın Baş naziri Avropanın terrorizmə qarşı vahid təhlükəsizlik strategiyası tətbiq etməsinin vacibliyini vurğulayıb

Bakı. 23 mart. REPORT.AZ/ Brüsseldə baş verən terror aktı terrorizmlə mübarizə istiqamətində daha ciddi tədbirlərin həyata keçirilməsinin vacibliyini bir daha göstərdi. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu Avropa ölkələrində biri-birinin ardınca dəhşət saçan terror aktlarının baş verməsi qitə liderlərini ayağa qaldırıb.

İtaliyanın Baş naziri Matteo Renzi Avropanın terrorizmə qarşı vahid təhlükəsizlik strategiyası tətbiq etməsinin vacibliyinə dair çağırışlar edib. O vurğulayıb ki, sadə insanların ölümü ilə nəticələnən, ardı-arası kəsilməyən terror aktlarına Avropanın cavabı yüksək təhlükəsizliyi və mükəmməl kəşfiyyatı əks etdirən “Avropa Pakt”ının hazırlanması olmalıdır.

Baş nazir diqqətə çatdırıb ki, Avropanın müxtəlif şəhərlərində gizlənən terrorçular qlobal hədəyə çevrilib və bu problemlə mübarizə aylar, hətta illər boyu davam edə bilər. Bu səbəbdən Avropa ölkələri vahid təhlükəsizlik strategiyası üzrə hərəkət etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi