Bakı. 19 oktyabr. REPORT.AZ/ İsveçrədə keçirilən parlament seçkilərində səslərin 29,5%-ni və Milli Şurada 200 mandatdan 65-ni əldə edən İsveçrə Xalq Partiyası qalib gəlib.
"Report" TASS-a istinadən xəbər verir ki, miqrasiya əleyhinə siyasət aparan sağ mühafizəkarlar partiyası dörd il əvvəlkinə nisbətdə parlamentdə yerlərinin sayını 11 mandat artırıb.
Sosial-demokratların sol partiyası 18,9% səs və 43 mandat əldə edib ki, bu da əvvəlki seçkilərlə müqayisədə 3 yer azdır. Üçüncü yer və 33 mandat liberal demokratlara nəsib olub.