İsveçrədə koronavirus qurbanlarının sayı 257 nəfərə çatdı

İsveçrədə koronavirus qurbanlarının sayı 257 nəfərə çatdı İsveçrədə daha 22 nəfər koronavirus infeksiyasından ölüb.
Digər ölkələr
29 Mart , 2020 15:09
İsveçrədə koronavirus qurbanlarının sayı 257 nəfərə çatdı

İsveçrədə daha 22 nəfər koronavirus infeksiyasından ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bununla da ölkədə virus qurbanlarının sayı 257 nəfərə çatıb.

Bundan başqa, koronavirus daşıyıcılarının rəsmi sayında da artım müşahidə edilib. Belə ki, daha 1 123 nəfərdə virus qeydə alınaraq ölkədə infeksiyaya yoluxanların sayı 14 336 nəfərə yüksəlib.

Qeyd edək ki, İsveçrə hər milyon nəfərə düşən virus daşıyıcısının sayına görə lider ölkələrdəndir. Belə ki, ölkədə hər milyon nəfərə təqribən 1 700 koronavirus daşıyıcısı düşür.

Son xəbərlər

Orphus sistemi