İsveçrədə koronavirus qurbanlarının sayı 1 400-ü ötdü

İsveçrədə koronavirus qurbanlarının sayı 1 400-ü ötdü İsveçrədə son sutkada daha 119 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
1 May , 2020 16:14
İsveçrədə koronavirus qurbanlarının sayı 1 400-ü ötdü

İsveçrədə son sutkada daha 119 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsveçrənin İctimai Səhiyyə Federal ofisi açıqlayıb.

Son sutkada daha 12 nəfər pandemiyanın qurbanı olub. İsveçrədə mayın 1-dək 29 700 yoluxma, 1 435 ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, İsveçrə hökuməti aprelin 27-dən etibarən məhdudlaşdırıcı tədbirləri tədricən yüngülləşdirməyə başlayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 327 000-i ötüb. Bunların 1 052 491 nəfəri sağalıb, 234 696 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi