İsveçrədə kəşfiyyat fəaliyyətinə görə Rusiya vətəndaşlarına cinayət işi açılacaq

İsveçrədə kəşfiyyat fəaliyyətinə görə Rusiya vətəndaşlarına cinayət işi açılacaq Bakı. 24 oktyabr. REPORT.AZ/ İsveçrə Federal Məclisi siyasi kəşfiyyat fəaliyyətlərində şübhəli bilinən iki Rusiya vətəndaşına qarşı cinayət işi başlamaq tapşırığı verib.
Digər ölkələr
24 Oktyabr , 2018 15:41
İsveçrədə kəşfiyyat fəaliyyətinə görə Rusiya vətəndaşlarına cinayət işi açılacaq
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ İsveçrə Federal Məclisi siyasi kəşfiyyat fəaliyyətlərində şübhəli bilinən iki Rusiya vətəndaşına qarşı cinayət işi başlamaq tapşırığı verib.

“Report” RSİ telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə və Polis Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rusiyalılar silahlara nəzarət və mülki əhalinin kimyəvi və bioloji silahlardan qorunmasına dair araşdırmalar aparıldığı Şpitz şəhərindəki laboratoriyaya dair gizli fəaliyyətlərdə şübhəli bilinir.

Həmin laboratoriyada həmçinin Suriyada kimyəvi silahların tətbiqi, Böyük Britaniyada Rusiya hərbi kəşfiyyatının keçmiş zabiti Sergey Skripal və qızının zəhərlənməsinə dair dəlil-sübutlarla bağlı da araşdırmalar aparılıb.

Xatırladaq ki, bu ilin 14 sentyabrında İsveçrənin “Tages Anzeiger” və Niderlandın “NRC Handelsblad” qəzetləri mart ayında iki nəfər Rusiya vətəndaşının Haaqada xəfiyyəlikdə şübhəli bilinərək saxlanıldıqlarını və deportasiya olunduqlarını xəbər vermişdi.

Son xəbərlər

Orphus sistemi