İsveçrədə COVID-19 xəstələrinin sayı 31,7 mini keçdi

İsveçrədə COVID-19 xəstələrinin sayı 31,7 mini keçdi İsveçrədə son sutka ərzində 62 yeni koronavirusa yoluxma halı aşkar edilib.
Digər ölkələr
30 İyun , 2020 17:49
İsveçrədə COVID-19 xəstələrinin sayı 31,7 mini keçdi

İsveçrədə son sutka ərzində 62 yeni koronavirusa yoluxma halı aşkar edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin federal səhiyyə idarəsindən məlumat verilib.

Bildirilib ki, bununla ölkədə COVID-19 xəstələrinin sayı 31 714 nəfərə çatıb.

Eyni zamanda son gündə 2 nəfər virusdan ölüb, bununla da COVID-19 qurbanlarının sayı 1 684 nəfərə çatıb.

Epidemiya başlayandan bəri koronavirus ilə bağlı ümumilikdə 572 664 test keçirilib. 

Son xəbərlər

Orphus sistemi