Yuxarı

İsveçrə Rumıniya və Bolqarıstan vətəndaşları üçün bütün məhdudiyyətləri aradan qaldırıb

Qərar iyunun 1-dən qüvvəyə minib

Buxarest. 2 iyun. REPORT.AZ/ İsveçrə hökuməti Rumıniya və Bolqarıstandan olan vətəndaşlar üçün əmək bazarında olan bütün məhdudiyyətləri aradan qaldırıb.

"Report"un Şərqi Avropa müxbiri xəbər verir ki, qərar iyunun 1-dən qüvvəyə minib.

İsveçrə hökuməti immiqrantların sayının artacağı təqdirdə Federal Şuranın əmək bazarında yenidən məhdudiyyətlər tətbiq edə biləcəyini bildirib.

Qeyd edək ki, İsveçrə hökumətinin aprel ayında qəbul etdiyi qərar Rumıniya və Bolqarıstandan olan immiqrantlar üçün bu ölkənin əmək bazarına çıxış imkanı yaradıb. Hazırda İsveçrədə hər iki ölkədən olan immiqrantların sayı çox azdır.

Xatırladaq ki, Rumıniya və Bolqarıstan Avropa İttifaqına daxil olduqdan sonra İsveçrə əmək bazarında hər iki ölkənin vətəndaşlarına 2009 və 2014-cü illərdə məhdudiyyət tətbiq edib, sonuncu məhdudiyyəti isə 2016-cı ilin mayın 31-dək uzatmağa qərar vermişdi. İsveçrə Avropa İttifaqının üzvü olmasa da, Şengen və avrozonaya daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi