İsveçrə hökuməti Roman Abramoviçə ölkədə yaşamaq icazəsi verməyib

İsveçrə hökuməti Roman Abramoviçə ölkədə yaşamaq icazəsi verməyib Bakı. 26 sentyabr. REPORT.AZ/ İsveçrə hökuməti yəhudi əsilli rusiyalı iş adamı, İngiltərənin Çelsi futbol klubunun prezidenti Roman Abramoviçə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verməyib.
Digər ölkələr
26 Sentyabr , 2018 12:50
İsveçrə hökuməti Roman Abramoviçə ölkədə yaşamaq icazəsi verməyib

Bakı. 26 sentyabr. REPORT.AZ/ İsveçrə hökuməti yəhudi əsilli rusiyalı iş adamı, İngiltərənin "Çelsi" futbol klubunun prezidenti  Roman Abramoviçə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verməyib.

“Report” BBC-yə istinadən bildirir ki, buna səbəb kimi milyarder biznesmenin ictimai təhlükəsizliyi təhdid etməsi və ölkənin nüfuzuna xələl gətirməsi göstərilib.

Polisdən bildirilib ki, R.Abramoviç çirkli pulların yuyulmasında və mütəşəkkil cinayətkar qruplaşmalarla əməkdaşlıqda şübhəli bilinir.

R.Abramoviçin vəkilləri bu məlumatları təkzib edərək, milyarderlə bağlı informasiya yayanları məhkəməyə verəcəklərini deyiblər. Onların fikrincə, bu xəbəri yayanlar İsveçrənin informasiyanın məxfiliyinin qorunması haqqında qanunlarını və Cinayət Məcəlləsini pozublar. 

Son xəbərlər

Orphus sistemi