Yuxarı

​İsveçdə yaşayış binasında partlayış baş verib, 10 nəfər yaralanıb

Yanğın nəticəsində xəsarət alanlardan 5-i xəstəxanaya yerləşdirilib

Bakı. 7 yanvar. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmun ətrafındakı Vallingbi rayonundakı yaşayış binalarından birində baş verən partlayışdan sonra yaranan yanğın nəticəsində 10 nəfər yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda yerli polis idarəsinin növbətçisi Niklas Mattsson bildirib.

Onun sözlərinə görə, polis partlayışla əlaqədar araşdırmaya başlayıb.

Yanğın söndürüldükdən sonra binanın təhlükə altında olduğu bildirilib. Binanın sakinləri yaxınlıqdakı məktəbə təxliyyə ediliblər.

Yanğın nəticəsində xəsarət alanlardan 5-i xəstəxanaya yerləşdirilib.

Partlayış hadisəsi ilə bağlı iki şübhəli tutulub.

Rəsmi şəxslər hadisə ilə bağlı əlavə məlumat verməyiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi