Yuxarı
    Bağlamaq

    ​İsveçdə müsəlman məktəbi yandırılıb

    İnsident Malmö şəhərində baş verib

    Bakı. 10 aprel. REPORT.AZ/ İsveçin Malmö şəhərində naməlum şəxslər tərəfindən müsəlman məktəbi yandırılıb.

    "Report" xəbər verir ki, bu barədə "Svt.se" kanalı məlumat yayıb.

    Məlumata görə, yanğın şənbə günü axşam saatlarında baş verib. Həmin vaxt ərazi yaxınlığında patrul xidmətində olan polis əməkdaşları partlayış səsi eşidiblər. Hadisə şahidi olan polislər şübhəli şəxslərin ərazini necə tərk etdiklərini görüblər. Polislər cinayətkarları təqib etsələr də, onları yaxalaya bilməyiblər.

    "Biz hələ də, hadisə yerini tərk edən avtomobili axtarırıq", — deyə Malmö polisinin məlumatında bildirilir.

    Yanğın səhər saatlarına qədər davam edib. Hadisə nəticəsində binada kiminsə olması və ya zərərçəkənlər barədə məlumat verilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi