İsveçdə məktəbliləri daşıyan avtobus yoldan çıxaraq aşıb - VİDEO

İsveçdə məktəbliləri daşıyan avtobus yoldan çıxaraq aşıb - VİDEO Avtobusda təqribən 50 məktəbli olub
Digər ölkələr
2 Aprel , 2017 12:34
İsveçdə məktəbliləri daşıyan avtobus yoldan çıxaraq aşıb - VİDEO

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında İsveçin Haryedalen əyaləti yaxınlığında məktəb avtobusunun iştirakı ilə yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "Allehanda" nəşri məlumat yayıb.

Hadisə zamanı nəqliyyat vasitəsində təqribən 50 məktəbli olub. Qəza avtobusun yoldan çıxaraq aşması nəticəsində baş verib. Məktəblilərin əksəriyyəti xəsarət alıb. Lakin onların dəqiq sayı göstərilmir.

Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Qəzanın baş vermə səbəbi və şəraiti araşdırılır.

Son xəbərlər

Orphus sistemi