İsveçdə koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

İsveçdə koronavirusdan ölənlərin sayı 1 000-i ötdü “İsveçdə koronavirusa yoluxanların sayı 11 445 nəfərə çatıb, 1 033 nəfər isə ölüb”.
Digər ölkələr
14 Aprel , 2020 17:31
İsveçdə koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

“İsveçdə koronavirusa yoluxanların sayı 11 445 nəfərə çatıb, 1 033 nəfər isə ölüb”.

“Report” xəbər verir ki, bunu ölkənin baş epidemioloqu Anders Teqnell deyib.

O bildirib ki, yoluxanların böyük hissəsi ölkənin İraq və Somalidə anadan olmuş vətəndaşlarıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 941 000-i ötüb. Bunların 460 000 nəfəri sağalıb, 120 925 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi