İsveç və Ekvador Assanjın səfirlikdə sorğu-sual edilməsinə dair razılıq əldə edib

İsveç və Ekvador Assanjın səfirlikdə sorğu-sual edilməsinə dair razılıq əldə edib Görüşün tarixi yaxın günlərdə müəyyənləşəcək
Digər ölkələr
11 Avqust , 2016 12:03
İsveç və Ekvador Assanjın səfirlikdə sorğu-sual edilməsinə dair razılıq əldə edib

Bakı. 11 avqust. REPORT.AZ/ İsveç və Ekvador hökuməti "WikiLeaks" portalının təsisçisi Culian Assanj ilə görüşmək barədə razılıq əldə edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Ekvador Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin baş prokuroru İsveç tərəfinin iyun ayında Assanjla görüş və söhbət etmək üçün göndərdiyi sorğuya müsbət cavab verib.

Görüş Ekvadorun Londondakı səfirliyində keçiriləcək, onun tarixi isə yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Culian Assanj Ekvadorun Londondakı səfirliyində 2012-ci ildən sığınacaq tapıb.

İsveçli prokurorlar 2010-cu ilin ortalarında baş verdiyi güman edilən, ancaq rəsmi şikayət ərizəsi olmayan hadisə - "WikiLeaks"in iki qadın-könüllüsünə qarşı zorlama və cinsi hücum məsələləri ilə əlaqədar Assanjı sorğu-sual etmək istəyir. O isə ünvanına yönələn bütün ittihamları rədd edir və təqibinin siyasi motivlərə malik olduğunu düşünür.

Son xəbərlər

Orphus sistemi