İsveç kraliçası xəstəxanaya yerləşdirilib

İsveç kraliçası xəstəxanaya yerləşdirilib Hadisə Silviyanın 73 yaşını qeyd etdiyi gün baş verib
Digər ölkələr
24 Dekabr , 2016 19:23
İsveç kraliçası xəstəxanaya yerləşdirilib

Bakı. 24 dekabr. REPORT.AZ/İsveç kraliçası Silviya güclü başgicəllənmə ilə əlaqədar özünü pis hiss etdiyinə görə Karolina Universitetinin xəstəxanasına yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "TT" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Silviyanın 73 yaşını qeyd etdiyi gün – dekabrın 23-də baş verib. Həkimlər onu müayinə etmək üçün gecə tibb müəssisəsində saxlayıblar.

"Son məlumata əsasən, kraliça özünü yaxşı hiss edir. Amma ehtiyat tədbiri kimi hələ ki xəstəxanada qalacaq", - deyə kral sarayının mətbuat katibi Marqarita Turqren bildirib.

Kral ailəsinin bütün üzvləri bu haqda məlumatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi