Bakı. 17 mart. REPORT.AZ/ Türkiyə polisi bu ölkənin ən böyük şəhərlərindən olan İstanbulda terror aktı həyata keçirməyi planlaşdıran iki İŞİD üzvünü saxlayıb.
"Report"un məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti xəbər verib.
Məlumata görə, onlar polisin cümə axşamı keçirdiyi əməliyyatı zamanı həbs ediliblər. Axtarış zamanı terrorçulardan iki ədəd "Kalaşnikov" avtomatı və 500-dən çox mərmi tapılıb.
Bildirilir ki, terrorçular İŞİD-in İstanbulun "Reina" klubuna hücum etmiş qolunun üzvləridir.