​İstanbulda jurnal redaksiyasında partlayış olub, bir nəfər ölüb

​İstanbulda jurnal redaksiyasında partlayış olub, bir nəfər ölüb Hadisənin terror aktı olduğu ehtimal edilir
Digər ölkələr
26 Mart , 2015 03:30
​İstanbulda jurnal redaksiyasında partlayış olub, bir nəfər ölüb

Bakı. 26 mart. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində "Adimlar" jurnalının yerləşdiyi binada partlayış baş verib.

"Report" "Sabah"a istinadən xəbər verir ki, istintaq hadisənin terror aktı olduğunu ehtimal edir.

Partlayışın məişət qazı sızmasından baş verməsi versiyası dərhal əsassız hesab edilib.

Partlayış zamanı jurnalın Ünsal Zor adlı bir əməkdaşı həlak olub. Üç nəfər yaralanıb.

"Adimlar" jurnalı Türkiyənin "Böyük Şərqin islam fatehləri cəbhəsi" (IBDA-C) radikal təşkilatı ilə əlaqəlidir.

Son xəbərlər

Orphus sistemi