Yuxarı
    Bağlamaq

    ​İstanbul aeroportunda biometrik nəzarət sistemi tətbiq edilir

    İndi nəzarətdən keçmək üçün 15-21 saniyə kifayət edəcək

    Bakı. 30 yanvar. REPORT.AZ/ İstanbulun Atatürk hava limanı ölkəyə gələn əcnəbilər üçün yenilik hazırlayır: yaxın vaxtlarda aeroportda biometrik nəzarət sistemi tətbiq ediləcək.

    "Report" xəbər verir ki, Atatürk hava limanı illik təqribən 57 milyon nəfərlik sərnişin axını ilə Türkiyənin ən iri və ən yüklənmiş aeroportudur.

    İndi nəzarətdən keçmək üçün 15-21 saniyə kifayət edəcək. Hazırda biometrik məlumatları yoxlamaqla məşğul olan 4 "e-gate" kabinəsi test rejimində işləyir və yalnız Türkiyə vətəndaşlarına aiddir. Lakin sonda analoji prosedur aeroporta gələn bütün sərnişi üçün tətbiq olunacaq.

    İstanbul hava limanı administrasiyası məlumat verir ki, "e-gate" sistemi aeroportun yükünün azalmasına kömək edəcək. Çünki hava limanına gələnlər daha tez və daha səmərəli şəkildə yoxlamdan keçəcəklər.

    Hazırda ABŞ və Böyük Britaniyanın bəzi hava limanları bu sistemdən istifadə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi