Yuxarı

​İsrailin Suriyanı raket atəşinə tutması nəticəsində 5 nəfər ölüb

Ötən gün Suriya ərazisindən İsrailə 14 raket atılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün İsrail ordusu Suriyanın Colan təpələri ərazisini yenidən raket atəşinə tutub.

"Report" "əl-Cəzirə"yə istinadən xəbər verir ki, raket atəşləri nəticəsində 5 mülki sakin həyatını itirib.

İsrail tərəfi isə ölənlərin Fələstin silahlıları olduğunu iddia edib.

Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələri Suriya ərazisinə və Bəşşar Əsədə bağlı ordunun mövqelərinə bundan əvvəl də aviazərbələr endirib.

Hava zərbələrinə xüsusilə paytaxt Dəməşqin 40 km-də yerləşən Kumeytra yaşayış məntəqəsi ərazisində yerləşən infrastruktur obyektləri məruz qalıb.

Ötən gün Suriya ərazisindən İsrailə 14 raket atılıb. Raketlərdən ikisi Qaliley yaşayış məntəqəsi yaxınlığına, digər ikisi isə Colan təpələri ərazisinə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi