İsrailin paytaxtı Təl-Əvivdə baş vermiş partlayışda ölənlər və xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2

İsrailin paytaxtı Təl-Əvivdə baş vermiş partlayışda ölənlər və xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2 Partlayış zamanı 4 nəfər ölüb
Digər ölkələr
28 Noyabr , 2017 04:28
İsrailin paytaxtı Təl-Əvivdə baş vermiş partlayışda ölənlər və xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2

Bakı. 28 noyabr. REPORT.AZ/ İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda baş vermiş partlayış zamanı 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli "Haaretz" nəşri məlumat yayıb.

Polisdən bildirilib ki, hadisə hər hansı cinayət işi ilə bağlı deyil. Hüquq-mühafizə orqanları təhqiqatın ilkin mərhələsinə başlayıblar.

"Walla News" isə hadisə zamanı 4 nəfərin öldüyünü xəbər verib. Qeyd edilir ki, xilasedicilər binanın dağıntıları altından 4 nəfərin cəsədini aşkar ediblər.

Hadisə zamanı daha 5 nəfərin xəsarət aldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.


***03:01

İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda baş vermiş partlayış zamanı 5 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Maariv" nəşri məlumat yayıb.

Xəsarət alanlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər 4 nəfər isə yüngül xəsarət alıblar.

Məlumatda bildirilir ki, hadisə Yaffedəki mağazalardan birində baş verib. Partlayış yanğına səbəb olub.

Hadisə yerində xilasedicilər işləyir. Ərazidə həmçinin polis nəzarəti gücləndirilib.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.


***02:26

İsrailin paytaxtı Təl-Əvivdə partlayış olub. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd edilir ki, hadisə tikinti materiallarının satıldığı mağazanın binasında baş verib. Partlayış yanğına və binanın qismən dağılmasına səbəb olub.

Hələlik hadisə zamanı xəsarət alanların olub-olmaması və partlayışın səbəbləri barədə məlumat yoxdur. Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, ərazi əhatəyə alınıb.

Son xəbərlər

Orphus sistemi